Dünyanın ən yaşlı əkizləri dünyaya gəldiyi iddia edilir. Alimlər doğumun yeni dünya rekordu olduğunu qeyd ediblər.
32gun.az CNN-ə istinadən xəbər verir ki 34 yaşlı qadın və onun 50 yaşlı əri embrionlarını dondurmaq qərarına gəlib.
1992-ci ilin aprelində IVF əməliyyatı keçiriblər. Embrionlar 2007-ci ilə qədər gözlədikdən sonra cütlük başqa bir ailənin onlardan istifadə edə biləcəyi ümidi ilə onları Tennessi ştatındakı Milli Embrion Donorluq Mərkəzinə veriblər.
Nəhayət 4 uşaqlı valideyn olan Filip və Reyçel Ridjvey cütlüyü əkizlərin embriyonlarından istifadə ediblər. Əkizlərin yeni valideynləri Filip və Reyçel Ridjvey onların hələ də yaşadıqlarına təəccübləniblər.
Aysel Şirinova