"Unabomber" kimi tanınan 81 yaşlı Ted Kaçinski həyata keçirdiyi bombalı hücumlara görə ABŞ-ın Şimali Karolina ştatında saxlanıldığı həbsxanada ölüb.
32gun.az bildirir ki, bu barədə ABŞ Federal Həbsxanalar Bürosunun sözçüsü Kristi Breşir Kaçinski məlumat yayıb.
Büronun sözcüsü onun bu səhər həbsxana kamerasında hərəkətsiz vəziyyətdə tapıldığını açıqlayıb.
Bildirlir ki, 1996-cı ildə həbs olunana qədər 20 ilə yaxın axtarışda olan, lakin tutula bilməyən Kaçinski ABŞ-da ən çox bombalı hücumu həyata keçirən şəxs kimi tanınıb. 1978-1995-ci illər arasında Kaçinski 3 nəfərin ölümü və 23 nəfərin yaralanması ilə nəticələnən 16 partlayış törədib.
1995-ci ildə FTB tərəfindən "Unabomber" (bombardmançı) olaraq təyin olunmazdan əvvəl Kaçinski qəzetlərə "Sənaye Cəmiyyəti və Gələcəyi" başlıqlı əlyazma manifestini göndərərək, manifestin dərc olunmayacağı təqdirdə hərəkətlərinin davam edəcəyini bildirmişdi. FTB-nin nəzarəti ilə "The New York Times" və "Washington Post" 35.000 sözdən ibarət manifesti dərc etmişdi.
Kaçinski 1995-ci il aprelin 3-də ailə üzvləri ondan şübhələndikdən və FTB-yə müraciət etdikdən sonra Montanada qaldığı kottecdə saxlanılmışdı.
Kaliforniyada mühakimə olunan Kaçinski 1998-ci ildə günahını boynuna alıb və şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum edilib.
Ayxan

