Dünyanın hər bir ölkəsinin öz qadağaları var. Bu qadağalar həmin ökənin adət-ənənələrindən və qanunlarından asılı olaraq dəyişir.
32gun.az fərqli qadağalara malik məşhur ölkələri təqdim edir.

Sinqapurda saqqız çeynəmək qadağandır.
Belə ki, Sinqapur hökuməti 1992-ci ildən saqqızın satışına və çeynəlilməsinə qadağa qoyub. Hökumət səbəb kimi saqqız zibillərinin qatar yollarına zərər vurduğunu və qapıların açılıb bağlanılmasına mane olduğunu bildirib.
Cənubi Koreyada və Yaponiyada kameraların səsini bağlamaq qadağandır.
Bu ölkələrdə insanlar şəkil çəkdirərkən kameralarının səsini açıq qoymaq məcburiyyətindədirlər. İlk kameralı telefonlara sahib olan Yaponiya hökuməti bu qadağası ilə qanunsuz, gizli şəkil çəkilməsinin qarşısısnın alındığını bildirib.
Yunanıstanın bəzi ərazilərində hündürdaban ayaqqabı geyinmək qadağandır.
Yunanıstanın hər hansı tarixi yerlərini gəzmək istəyirsinizsə hündürdaban ayaqqabı geyinə bilməzsiniz. Bunun səbəbi həmin ayaqqabıların səthə və daşlara zərər verməsidir.
Şimali Koreyada cins şalvar geyinmək qadağandır.
Bu qadağanın tarixinin Qərbdən gəldiyinə dair iddialar var. Əlavə olaraq bu ölkədə pirsinq və bəzi saç düzümləri də qağandır.
Aysel Şirinova