Çində mövcud olan ölülərlə evlilik ənənəsi eşidənlərin təəccübünə səbəb olur.
32gun.az xəbər verir ki, normal evliliklərdən fərqli olaraq bu evliliyin həyata keçməsi üçün ər və ya arvaddan biri və ya hər ikisi ölmüş olmalıdır. Çinin bəzi ərazilərində bu adət qadağan olunsa da ənənəni həyata keçirən bölgələr də mövcuddur. Bu adətin özünəməxsus qaydaları var.
Xəyali evlilik həm toya həm də yasa bənzəyir. Mərasimdə iştirak edən ailələr bir-birlərinə tort geyim və pul kimi müxtəlif hədiyyələr verirlər. Mərasim zamanı evliliyi həyata keçirilən cəsədə kişidirsə bəy kostyumu qadındırsa gəlinlik geyindirilir. Sonda isə bu geyimlər yandırılır. Əgər ölmüş şəxs kişidirsə toyda nadir hallarda canlı gəlin iştirak edir. Adətən isə qadın cəsədindən istifadə olunur və toyun sonunda qadın bəyin yanında dəfn olunur.
Qeyd edək ki, Netflix'te de yayımlanan The Ghost Bride filminin ideyası bu adətlə bağlıdır.
Aysel Şirinova