Birləşmiş Millətlər Təşkilatı açıq dənizlərdə biomüxtəlifliyin qorunması ilə bağlı istiqamətində mühüm addım atıb.
32gun.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı anlaşma BMT çərçivəsində danışıqlar üçün yaradılmış “Hökumətlərarası Konfrans”ın Nyu-Yorkda keçirilən sessiyasında 5 iclasdan sonra yekdilliklə qəbul edilib.
BMT-nin baş katibi Antonio Quterreş mövzu ilə bağlı açıqlamasında "Okeanlara yeni bir ümid və mübarizə şansı verdiniz" deyib.
Bu müqavilə tarixi razılaşma kimi qeyd edilir.
Ayxan