Braziliyalı avtomobil yarışı pilotu Duqlas Kosta və diş həkimi sevgilisi Mariana Giordano müəmmalı xəstəlikdən dünyasını dəyişib.
32gun.az xarici KİV-ə istinadən bildrir ki, cütlüyün ölmünə səbəb iyunun 3-də başlayan qızdırma, bədənlərindəki ağrı və yaranan qırmızı ləkələr səbəb olduğu bildirilir.
Məlumatda qeyd edilib ki, Duqlas həmin vaxt Mercedes-Benz avtomobilləri üçün keçirilən AMG Cup Brasil yarışmasında iştirak edib.
Cütlüyün ölüm səbəbləri kimi dang xəstəliyi, ləkəli qızdırma və leptospirozdan şübhələnirlər.
Qeyd edək ki, Ağcaqanadlar tərəfindən ötürülən Dang xəstəliyi baş ağrısı, qızdırma, oynaq ağrıları və dəri döküntüsü ilə özünü göstərən viral xəstəlikdir.
Ləkəli qızdırma, dəridə kiçik nizamsız ləkələrlə xarakterizə olunan ağır qızdırma xəstəliyinin ümumi adıdır.
Leptospiroz heyvanlardan insanlara keçən və sarılıq, meningit və böyrək çatışmazlığı ilə xarakterizə olunan yoluxucu xəstəliklərdən biridir.
Ayxan
