Meksikanın Çihuahua şəhərindəki gəlinlik mağazasının vitrinindəki "La Pascualita" adlı manekenin əslində ölmüş insan olduğu güman edilir.
32gun.az xarici KİV-ə istinadən bildirirki, bəzi şəhər sakinləri iddia edirlər ki, bu maniken meyiti mumiyalaşdıran mağaza sahibinin qızıdır. Bu 90 illik sirrin arxasındakı təfərrüatlar olduqca qorxuncdur.

25 mart 1930-cu ildə peyda olan maneken "La Pascualita" tez zamanda bölgədə yaşayan insanların diqqət mərkəzinə çevrilmişdi.
Digər mağaza vitrinlərindəki cansız qadın manekenlərdən kifayət qədər fərqli olan "La Pascualita" gerçəkliyə yaxın detalları və daim insanları izləməsi hissi ilə fərqli söz-söhbətlərə səbəb olub.

Gəlinlik dükanının sahibi Paskuala Esparza evlilik planları quran qızı dünyasını dəyişib. Sonradan mağazanın qarşısına qoyulan cansız maneken "La Pascualita"ya çox bənzəyirmiş.
Paskualanın qızının necə öldüyü ilə bağlı müxtəlif şayiələr yayılsa da, ən çox yayılanı onun zəhərli həşərat tərəfindən dişlənməsi və ölməsidir.

Bundan başqa, başqa bir şayiəyə görə, anası evlənmək istədiyi adamı bəyənmədiyi üçün intihar edərək həyatına son qoyduğu yayılan iddialar arasındadır.
Yerli sakinlər manekenin Esparzanın qızının mumiyalanmış cəsədi olduğunu düşünürlər.
Gənc qızın ölümündən qısa müddət sonra manekenin vitrində nümayiş etdirilməsi onun sadəcə maneken olmaması ilə bağlı şübhələri gücləndirib. Təbii ki, Esparza bu iddiaları təkzib edib.

Doxsan ildir nümayiş etdirilən "La Pascualita"nın gerçək olduğunu iddia edənlər cansız manekenin əllərində qırışlar, damar izləri və köhnəlmiş dırnaqlar olduğunu deyirlər. Bundan əlavə, modelin dəri rəngi və çəhrayı yanaqları, şüşə kimi gözləri və parlaq saçları bu iddiaları ortaya çıxamasına səbəb olur.
Modelin paltarını həftədə iki dəfə dəyişən məsul işçi Sonia Bursiaqa bunarı deyib: “Hər dəfə "La Pascualita"nın yanına gedəndə əllərim tərləyir. Əlləri çox realdır və hətta ayaqlarında varikoz damarları var. Mən onun real insan olduğuna inanıram".

Mütəxəssislər hər iki tərəfdən arqumentlər irəli sürüblər. Amma ekspertlər manekenin mumiyalanmış cəsəd olmadığı ilə həmfikirdirlər.

Bəzi ekspertlər deyirlər ki, bu şərtlər altında bir mumiyanın 90 il mükəmməl vəziyyətdə qalması mümkün deyil və yoxlanılması lazım olduğunu deyir. Paltar dəyişdirmək və gündəlik istifadə etmək üçün daimi qulluq tələb olunduğunu bildirdilər.
"La Paculaita" hələ də Meksikanın Çiuahua şəhərində butik gəlinlik mağazasının vitrinində nümayiş etdirilir.
Hekayənin reallığı dəqiq bilinməsə də, "La Pascualita"nın şöhrəti indi ölkə sərhədlərini keçib.
Ayxan

