Türkiyədə qəza hadisəsi baş verib.
32gun.az xəbər verir ki, hadisə Osmanqazi adlanan ərazidə olub. Belə ki, avtomobil təkərlərinin boşalması səbəbilə idarəetməni itirib və mebel dükanına girib. Mağazaya külli miqdarda ziyan dəyib. Sürücü isə qəzadan xəsarət almadan xilas ola bilib.
Qeyd edək ki, hadisə gecə saatlarında baş verib.
Aysel Şirinova