Türkiyədə müəmmalı ölüm hadisəsi baş verib.
32gun.az xəbər verir ki, Türkiyənin Aksaray adlanan ərazisində qətl hadisəsi yaşanıb. Belə ki 2 gündür axtarışı davam etdirilən gənc oğlanın cəsədi yaşadıqları evin eyvanında şlanqdan asılı vəziyyətdə tapılıb.
Bağçanı sulamaq üçün eyvana qalxan mərhumun atası oğlunun meyiti ilə qarşılaşıb. Hadisə yerinə polis çağırılıb və araşdırma başladılıb.
Qeyd edək ki, iddialara görə oğlan sevgilisi ilə mübahisə edib ayrılmasından sonra itkin düşüb.
Aysel Şirinova