DÜNYA ÖZ XƏBƏR

Hicabdan imtina edib yarışlara qayıtdı - Tənqid edildi (FOTO)

Hicab bağladığı üçün yarışlardan uzaqlaşan Burcu Çetinkayanın son paylaşımı gündəm olub. 

32gun.az xəbər verir ki, hicabını açıb, ralliyə geri qayıdan Burcu işinə böyük sevgisi olduğunu vurğulayıb. 

O "Çox çətin anlar yaşadım. Ürəyim qanadı, mənliyim azaldı, xoşbəxtliyim yox oldu. Amma mən heç vaxt sevgidən əl çəkmədim. Hər halda, mən sevginin daha güclü olduğuna inanıram. Nə vaxt çətinliyə düşsəm, cavabı sevgidə axtarıram" deyə paylaşım edib. 

Hicabdan imtina etməsi isə izləyicilərin tənqidinə səbəb olub. 

Qeyd edək ki, mövsümün əvvəlindən avtomobil yarışlarına qayıdan Burcu Çetinkaya 25-27 may tarixlərində Varzidə dünyanın aparıcı avto sürücüləri ilə Logiman Əfsanəvi Avtomobil yarışında da iştirak edib. 

Aysel Şirinova

1

 

 

 

 

Oxşar Xəbərlər