12 yaşında "Şeytan" idi - İllər sonra ortaya çıxdı (FOTOLAR)
"Yeşilçam"ın unudulmaz filmlərindən olan "Şeytan"da Gül obrazını canlandıran Canan Perver illər sonra ortaya çıxıb.
32gun.az "Haber Global"a istinadən xəbər verir ki, bir çox filmlərdə rol alan Yeşilçam ulduzunun son halı görənləri təəccübləndirib.
70-80-ci illərdə bir çox filmə çəkilən Canan Perver 1974-cü ildə Metin Erksanın "Şeytan" filmində canlandırdığı "Gül" obrazı ilə yaddaşlara həkk olunub.

Hollivudun unudulmaz filmlərindən olan "Şeytan"ın Türkiyə versiyasının çəkilməsi "Yeşilçam"ın qapılarını gənc aktrisanın üzünə açıb.
"Şeytan" filmi ona şöhrət qapılarını açıb və 31 Yeşilçam filmində rol alıb.

Canan Perver bu günlər çox filmlərdə çəkilməsə də, bədəninə şeytan girmiş kiçik qız rolu hələ də yaddaşlardan silinməyib.

C.Perver o dövrdə gözəlliyi ilə də diqqət çəkib.

Məşhur aktrisa həyatının sevgisini "Dərbədər" filmində tapıb.

Məşhur rejissor Temel Gürsu ilə ailə qurub. Cütlüyün Burak və Emrah adlı iki oğlu var.


Ayxan

