Tıxacda qalan qadın əsəbinə hakim ola bilməyərək qarşısındakı avtomobilə hücum edib.
32gun.az xəbər verir ki, o əsəbi halda maşınından düşərək qarşıdakı avtomobilin sürücü əyləşən istiqamətindəki şüşələrinə vurmağa başlayıb.
Bununla kifayətlənməyən qadın maşının üzərinə çıxıb və avtomobilln şüşəsini təpikləyərək sındırıb.
Qadının bu hərəkətləri anbaan hadisəni görənlər tərəfindən lentə alınıb.
Aysel Şirinova