DÜNYA ÖZ XƏBƏR

"Titan" qayığının parçaları tapıldı

Xəbər verdiyimiz kimi göyərtəsində beş nəfərin olduğu,  Atlantik Okeanında itən "Titan" sualtı qayığı partlayıb.

32gun.az xəbər verir ki, "Titan" qayığının parçaları okeanın 4 metr dərinliyində, "Titanik" qayığı dağıntılarından 488 metrlik məsafədə ortaya çıxıb. 

2018-ci ildə ilk sualtı enişini edən "American OceanGate Expeditions"-ın sualtı qayığı 2021-ci ildə "Titanik" sahəsinə enib. Sonradan onun mühafizə sertifikatının olmadığı məlum olub.

Qeyd edək ki, sualtı qayığının əsas dəstək gəmisi fəlakətdən sonra Kanada limanına qayıdıb.

Kanada səlahiyyətliləri isə "OceanGate" tərəfindən idarə olunan sualtı qayıqla bağlı  araşdırmalara başlayıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər