Van ərazisində baş tutan toy mərasimi həm qonaqların iştirakı, həm də yığılan məbləğin miqdarına görə xeyli səs-küyə səbəb olub. İş adamı Nevzat Durmaz adlı şəxs oğlu Adəm Durmazı öz nəslindən olan iş adamının qızı ilə evləndirib.
32gun.az xəbər verir ki, nəsil (aşirət) evliliyi nəticəsində baş tutan bu toyda 5 min nəfər iştirak edib. Qonaqlar içərisində yalnız yerli ərazidən deyil, həmçinin İran, İraq, İsveç, Hollandiya və Almaniyadan da gələnlər olub.
Digər diqqət çəkən məqam ondan ibarətdir ki, toyda qızıl taxma mərasimi 5 saat davam edib və gəlinə 4 kq qızıl taxılıb.
Bəyin kostyumundan isə 6 milyon türk lirəsi asılıb.
Toydan yığılan pulları 10 nəfər sayıb və pullar çamadana yığılaraq daşınıb.
Bildirilir ki, Nevzat Durmazın mənsub olduğu nəsil Vanın ən böyük "aşirət”lərindən biri hesab olunur.
Aysel Şirinova