İsveçin paytaxtı Stokolumda yerləşən "Grona Lund" adlı parkda bədbəxt hadisə baş verib.
32gun.az xəbər verir ki, təhlükəli atraksiyon hesab olunan "şeytan çarxı"-nda nasazlıq yaranıb. 90 kilometr sürətə ve 30 metr hündürlüyə malik olan atraksiyondakı çarxlardan biri sıradan çıxıb. Nəticədə 1 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Parka giriş - çıxışa isə məhdudiyyət qoyulub.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Aysel Şirinova