Kocaelinin Başiskele rayonunda icradan aldıqları torpaq sahəsini görməyə gedən 3 nəfər həyatlarının şokunu yaşayıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, torpağın keçmiş sahibi A.Ç həmin ərazinin hələ də ona aid olduğunu deyib və tüfənglə atəş açıb.
Silahdan çıxan saçmalar onların yaralanmasına səbəb olub. A.Ç hadisə yerindən qaçıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaları sövq edilib. Yaralılardan biri təcili xəstəxanaya çatdırılıb. Yüngül sıyrıqlar alan şəxslərə isə yerindəcə müdaxilə edilib.
Ayxan

