DÜNYA
Erməni hərbçi əsgər yoldaşını başından GÜLLƏLƏDİ
Ermənistan Silahlı Qüvvələrinin əsgəri döyüş postunda qətlə yetirilib.
32gun.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə dekabrın 31-də, Vayotzor vilayətində baş verib.
18 yaşlı Movses Tadevosyan başından yaralanıb. O, hospitala aparılarkən yolda keçinib.
Tadevosyanla bir postda olmuş əsgər yoldaşı qətldə şübhəli bilinərək saxlanılıb.