Türkiyənin Bursa şəhərində bələdiyyə sədri toylarda, əsgər yola salmaq və xına kimi tədbirlərdə qadınlarla kişilərin birgə əylənməsinə qadağa qoyub.
32gun.az xəbər verir ki, kənd bələdiyyə sədri artıq qadağanı qanun halına salaraq rəsmiləşdirib. Qadağaya səbəb kimi o "toylara digər şəhərlərdən də müxtəlif insanlar gəlir və qadınlar bu vəziyyətdən narahatdırlar. Biz bu qərarı onlarla birgə vermişik. Mən də həyat yoldaşım və qızımın başqa kişilərlə bir yerdə oynamasını dini cəhətdən qəbul etmirəm"- deyə bildirib.
Yeni qanuna görə qadınlara əylənmək üçün yalnız ev sahibinin müəyyən etdiyi vaxt ərzində icazə veriləcək.
Bir qrup şəxs isə bu qadağaya etirazlarını bildiriblər.
Aysel Şirinova