DÜNYA ÖZ XƏBƏR

POLİSLƏRİ HƏRƏKƏTƏ KEÇİRƏN QƏTL: Mahnı paylaşdı, anasını öldürdü - Sevgilisinin evinin önündə...

Türkiyənin Yunusemre adlı ərazisində qətl hadisəsi baş verib. 

32gun.az xəbər verir ki 27 yaşlı Ozan Urhan adlı gənc oğlan 57 yaşlı anası ilə mübahisə edib. Mübahisə nəticəsində gənc oğlan belindən çıxartdığı tapanca ilə anasının başından atəş açıb. Qadın hadisə yerində dünyasını dəyişib. 

Psixoloji problemlərinin olduğu, bir müddət müalicə aldığı bildirilən gəncin sevgilisini də ölümlə hədələdiyi məlum olub. 

Hadisə yerinə gələn polis əməkdaşları məlumatı öyrəndikdən sonra cinayətkarın tutulması üzrə axtarışları sevgilisinin evində davam etdirib və o saxlanılıb. 

Cinayəti törətməzdən əvvəl Ozan sosial mediya hesabında "Səni yuxumda görsəm o gün xoşbəxt oyanıram sən sevdikcə mən hər zaman varam" yazılı divarın qarşısında çəkdirdiyi şəkilini Yıldız Tilbenin "Gülüm" mahnısı ilə birgə paylaşıb. 

Aysel Şirinova

Oxşar Xəbərlər