DÜNYA ÖZ XƏBƏR

Fransada gərginliyi artıracaq addım - Yeniyetməni öldürən polis üçün

Fransada etirazların 6-cı günündə ölkədə xaosu daha da qızışdıracaq hadisə yaşanıb.

32gun.az xəbər verir ki, 17 yaşlı yeniyetməni güllələyərək öldürən və saxlanılan polis məmuru üçün başladılan yardım kampaniyasında indiyədək 700 min avrodan çox pulun toplandığı açıqlanıb. Yardım kampaniyasının səhifəsində polis məmurunun "işini gördüyü indi isə ağır cəza verildiyi" ifadələri yer alıb. 

 Kampaniyanı  Fransada son prezident seçkilərində namizəd olmuş  Erik Zemmuru dəstəkləyən keçmiş siyasətçi Jan Messiha başladıb. Yeniyetmənin nənəsi Nadia Fransa mətbuatına müsahibəsində nəvəsini öldürən polis məmuru üçün başlanan yardım kampaniyasının onun ürəyini sızlatdığını, bu xəbərin ona pis təsir etdiyini bildirib. 

Aysel Şirinova

Oxşar Xəbərlər