Aralarında baş verən mübahisə zəminində sevgilisi Mustafa Bangiz (34) tərəfindən döyülən Esra Asena Temirin (27) ailəsinə acı xəbər verilib.
32gun.az Tüekiyə KİV-nə istinadən bildiri ki, sevgilisi tərəfindən döyülən Mersində geyim mağazasının müdiri işləyən gəncx xanım dünyasını dəyişib.
Hadisə iyunun 29-da, Qurban bayramının ilk günündə baş verib.
İddialara görə, ailəsinin tikinti şirkəti olan Mustafa Bangiz bir ildir birlikdə olduğu sevgilisi Esra Asena Temiri maşınına mindirərək gəzintiyə çıxıb. Lakin məlum olmayan səbəbdən maşında Bangizlə Temir arasında mübahisə yaranıb.
Başından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alan Temir ağır xəsarətlərlə Toros Dövlət Xəstəxanasına çatdırılıb.
Beyinə qan sızan Temir edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Hadisədən sonra qaçan Mustafa Bəngiz saxlanılıb. Polis bölməsindəki prosedurlardan sonra ədliyyəyə sövq edilən şübhəli həbs edilib.
Yarılma əməliyyatlarından sonra yaxınları tərəfindən morqdan çıxarılan Esra Asena Temir Akbelen Şəhər Qəbiristanlığında dəfn edilib.
Ayxan