Türkiyənin İzmit adlanan ərazisində iki vətəndaş arasında yaranan dava güllələnmə ilə nəticələnib.
32gun.az xəbər verir ki, kafedə başlayan mübahisə böyüyüb və tərəflərdən biri evindən ov tüfəngi gətirib. Bu zaman o, əsəbi halda məscidin qarşısında dayanmış mübahisədə olduğu şəxsi güllələyib.
Hadisə nəticəsində zərərçəkən şəxs ayağından yaralanıb. Xəstəxanaya çatdırılan şəxsin vəziyyətinin stabil olduğu bildirilib.
Hadisə anı ətrafdakı insanlar tərəfindən lentə alınıb.
Aysel Şirinova