DÜNYA ÖZ XƏBƏR

Taliban rəsmisi təsdiqlədi: “Gözəllik salonları ləğv edilir”

 

Taliban Əfqanıstanda qadın bərbərlərini və gözəllik salonlarını qadağan edib.

32gun.az bildirir ki, Taliban müvəqqəti hökumətinin Xeyirə Dəvət və Şərdən çəkindirmə Nazirliyinin sözçüsü Məhəmməd Siddiq Akif Mühacir verdiyi açıqlamada, qadağa ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların doğru olduğunu deyib. 
Mühacir qərarla bağlı ətraflı məlumat verməyib. 

Xəbərdə qeyd edilib ki, Sosial şəbəkələrdə yayılanməlumatda Taliban lideri Molla Hibetullah Axundzadənin paytaxt Kabildə və digər əyalətlərdə qadın saç ustası və gözəllik salonlarını qadağan etdiyi iddia edilib. 
Müvafiq olaraq, qadın bərbərləri və gözəllik salonlarına fəaliyyətlərini dayandırmaq üçün 1 ay vaxt verilir. 
Qeyd edək ki, Taliban bundan əvvəl qadınların ictimai parklara, əyləncə məkanlarına və idman zallarına girməsini, qeyri-hökumət təşkilatlarında işləməsini, serial və filmlərdə çəkilməsini qadağan etmişdi.Taliban həmçinin qızların ibtidai təhsil müəssisələrində təhsil almasını qadağan edib.
Ayxan

Oxşar Xəbərlər