Pakistanın Hayber Paxtunxva və Pəncab əyalətlərində musson yağışları nəticəsində 10 nəfər ölüb.
32gun.az xəbər verir ki, səlahiyyətli şəxslər Pəncabda leysan yağışları nəticəsində 7 nəfərin, Paxtunxvada isə 3 nəfərin həyatını itirdiyini açıqlayıb.
Son 10 saat ərzində rekord miqdarda yağıntının qeydə alındığı Pəncabda kanalizasiyalar daşıb, iki böyük xəstəxana və bir çox ev də su altında qalıb.
Şəhərin bəzi yerlərində isə güclü külək ağacları kökündən çıxarıb, sürüşmə baş verib.
Xatırladaq ki, hər il iyun-sentyabr aylarında baş verən musson yağışları Pakistanda böyük fəsadlara yol açır.
Aysel Şirinova