Antalyada Konyaaltı çimərliyi yaxınlığında park edilmiş avtomobildə 1 nəfərin cansız cəsədi tapılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dənizə girmək üçün çimərliyə gələn vətəndaşlar avtomobildə hərəkətsiz vəziyyətdə olan Əli Rıza Akayı (40) görüblər. Həmin şəxs vətəndaşlara cavab verməyəndə vəziyyətlə bağlı 112 Zəng Mərkəzinə məlumat verilib.
Məlumatdan sonra əraziyə gələn təcili yardım əməkdaşları həmin şəxsin öldüyünü təyin edib. Hadisə yeri araşdırma qrupları tərəfindən edilən ilk araşdırmada Akayın üzərində döyülmə və ya kəsici alət izlərinə rast gəlinməyib.
Akayın cansız bədəni ölüm səbəbinin müəyyən edilməsi üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
Hadisə ilə bağlı polis araşdırmalarını davam etdirib.
Ayxan