DÜNYA ÖZ XƏBƏR

Müdür oğlunun meyiti sahibi olduqları otelin hovuzundan tapıldı

Muğla şəhırinin Bodrum adlı ərazisində otelin hovuzunda bir nəfərin cansız cəsədi tapılıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Otelin hovuzunda bir nəfərin hərəkətsiz olduğunu görənlər vəziyyəti Təcili Yardım Mərkəzinə məlumat veriblər. 
Hadisə yerinə səhiyyə və polis əməkdaşları sövq edilib.
Hovuzdan çıxarılan Uğur C-nin (34) öldüyü müəyyən edilib. 
Otel müdürünün oğlu olduğu bildirilən Uğur C-nin cənazəsi yarılma üçün Muğla Ədliyyə Tibb Qurumuna göndərilib.

Ayxan

Oxşar Xəbərlər