Bitlisin Tatvan rayonunda gözlərində qızartı, yanma və sancma şikayəti ilə xəstəxanaya müraciət edən 10 yaşlı Y.Y.T.-nin gözlərində milçək sürfələri tapılıb.
32gun.az Türkiyı KİV-nə istinadən bildirir ki, göz qapağının altında 8 ədəd canlı milçək sürfəsi olduğu müəyyən edilən uşağın gözü həkimin müdaxiləsi ilə təmizlənib.
Bu və buna bənzər halların yay aylarında müşahidə edildiyini söyləyən Op. Dr. Halil İbrahim Ateşoğlu bildirib ki, vətəndaşlar bu məsələdə diqqətli olmalıdırlar.
Ayxan