DÜNYA ÖZ XƏBƏR

Bələdiyyə sədrini otağında güllələmək istədilər - FOTO

Türkiyənin Maltepe şəhərinin Bələdiyyə Başçısı Ali Kılıçın otağına bir şəxs daxil olaraq atəş açıb.

32gun.az xəbər verir ki, istintaqa cəlb olunan podratçı Fevzi Polat "silahla hədələmək" və "qəsdən adam öldürməyə cəhd"  maddələri ilə həbs edilib. 

Sorğu-sual zamanı podratçı bələdiyyə sədrinin ona "məni dəstəkləməsəniz bura gəlməyin" dediyini və hadisənin də bundan sonra baş verdiyini bildirib:

"Əsəbimə hakim ola bilmədim. Geri qayıtdım və "oturduğun yer atanın mülkü deyil. Bizim sayəmizdə bura gəlmisən" dedim. O an özümə hakim ola bilmədim və otaqdakı əşyalara atəş açdım. Əməlimə görə peşmanam" deyib". 

Aysel Şirinova

Oxşar Xəbərlər