DÜNYA ÖZ XƏBƏR

Ərini öldürən qadından dəhşətli İFADƏ: "Məni başqa kişilərə satırdı"

Əskişəhər vilayətində boşanma ərəfəsində olduğu həyat yoldaşı Tahir Yıldızı (35) sinəsindən bıçaqlayaraq öldürən Sibel Yıldızın (26) növbəti məhkəmə prosesi baş tutub. 

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Yıldız barəsində  "həyat yoldaını qəsdən öldürmək" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib. 

İlk iclasda təqsirləndirilən Yıldızın verdiyi açıqlama hər kəsi şoka salıb: 

 "Hadisənin baş verdiyi tarixdə həyat yoldaşım barəsində uzaaqladırma qəarı mövcud idi. Hadisə günü biz də mübahisə etdik. Həyat yoldaşım evə başqa kişiləri gətirirdi. Məni o kişilərə satırdı" deyə qeyd edib. Ərimdən boşanmaq istədim, amma uşaqları göstərməmək üçün məni hədələdi”.

Hadisə ilə bağlı məlumatda qeyd edilib ki, dəhşətli hadisə 2021-ci ilin oktyabrında Odunpazarı rayonunda baş verib. Sibel Yıldız əri Tahir Yıldızdan boşanmaq istəyib. Cütlük arasındakı mübahisə davaya çevrilib.Sibel Yıldız Tahir Yıldızı sinəsindən bıçaqlayaraq qaçıb. Təcili yardımla Əskişəhər Şəhər Xəstəxanasına çatdırılan Tahir Yıldızı xilas etmək mümkün olmayıb. Polislər tərəfindən tutulan Sibel Yıldız 'qəsdən adam öldürmə' ittihamı ilə gətirildiyi məhkəmə tərəfindən həbs edilib. Əskişəhər Respublika Prokurorluğu tərəfindən istintaq tamamlandıqdan sonra hazırlanan iddianamə ilə Sibel Yıldız haqqında Əskişəhər 5-ci Ağır Cəza Məhkəməsində 'ərini qəsdən öldürmə' cinayətindən iddia açılıb.

Ayxan 
Eşini bıçaklayarak öldüren kadından dehşete düşüren sözler! 'Eve başka erkekler alıyordu, beni o erkeklere pazarlıyordu'

Oxşar Xəbərlər