DÜNYA ÖZ XƏBƏR

Rusiya Ukrayna məktəbini hədəf alıb - Ölənlər var

Rusiya Ukraynanın Zaporojya şəhərinin cənubunda, Orixiv şəhərində yerləşən, yardım ləvazimatlarının saxlanıldığı məktəbə zərbələr endirib.

32gun.az xəbər verir ki, raket hücumunda 4 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Həyatını itirənlərdən 3-nün qadın olduğu məlum olub. 

10-dan çox adamın isə dağıntılar altında qaldığı, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada isə dinc əhaliyə edilən hücumda istifadə olunan sursatın müəyyən edilməsi barədə araşdırmaların aparıldığı deyilib. 

Aysel Şirinova

 

 

 

Oxşar Xəbərlər