DÜNYA ÖZ XƏBƏR

Baş Naziri istefa verəcəyini açıqlayıb

Keçdiyimiz günlərdə hakim partiyanın liderliyindən istefa edəcəyini elan edən Hollandiya Baş Naziri yeni açıqlamalarıyla gündəmə gəlib.

32gun.az xəbər verir ki, Nazir Mark Rutte noyabrda keçiriləcəyi planlaşdırılan seçdiklərdən sonra  bu gün verdiyi açıqlamada siyasətdən tamamilə uzaqlaşacağını  deyib. 

O, həmçinin hökümətin immiqrasiya siyasəti səbəbindən çöküş yaşadığını da bildirib.

Xatırladaq ki, Hollandiyada ən uzun müddət vəzifədə olan baş nazirlərdən biri  Rutte cümə günü 4 partiyalı koalisiya hökumətinin istefasını Hollandiya kralı Willem-Alexanderə təqdim edib.

Aysel Şirinova

Oxşar Xəbərlər