Hollandiyada keçirilən gözəllik yarışmasının qalibi 22 yaşlı trans Rikkie Valerie Kolle olub. Beləliklə, ilk dəfə olaraq bir transgenderə "Miss Holland" tacı taxılıb.
32gun.az bu barədə xarici mediyaya istinadən xəbər verir.
Kollenin "2023-cü il Hollandiya gözəli" olaraq "Miss Universe"(Kainat gözəli") yarışmasında ölkəsini təmsil edəcəyi məlum olub.
Qeyd edək ki o, dekabrda El Salvadorda keçiriləcək müsabiqədə iştirak edən ikinci transgender olacaq.
Aysel Şirinova


