DÜNYA ÖZ XƏBƏR

52 yaşlı kişi yeniyetmə qıza təcavüz etməkdə ittiham olunub

Türkiyənin paytaxtı Ankara şəhərində 52 yaşlı A. T. qonşusunun 11 yaşlı qızı E. S. Ş.-ə cinsi təcavüz etdiyi iddia edilib.

32gun.az Türkiyə KİV-nə stinadən bildirir ki, bu hərəkətindən sonra A.T kiçik qızı “qışqırsan, səni öldürəcəm” deyərək hədələyib.

“Hətta oğlanlarla oynamağa gedəndə “ananın yanına get, sənə şalvar geyindirsin” demişəm" deyə qeyd edib. 

İttihama görə, A.T 2021-ci ildə qonşusunun qızı E.S.Ş.-yə 3 dəfə cinsi təcavüz edib. İlk hadisə A.T-nin evinin qapısı qarşısında, 2-ci və 3-cü hadisə isə kiçik qızın onunla həmyaşıd olan təqsirləndirilən şəxsin qızı ilə oynamaq üçün evinə getməsi zamanı baş verib. A.T onun bu hərəkətindən sonra E.S.Ş.-ni "qışqırsan səni öldürəcəm" deyərək hədələyib.

E.S.Ş.-nin vəziyyəti ailəsinə bildirməsindən sonra ortaya çıxan hadisədən sonra başladılan istintaq çərçivəsində A.T saxlanılıb. 
Məhkəməyə sövq edilən A.T növbətçi hakim tərəfindən sərbəst buraxılıb.

İttiham aktında A.T.-nin ifadəsi də yer alıb. A. T-nin verdiyi açıqlama diqqət çəkib.

A. T. ifadəsində “heç vaxt toxunmadım” deyərək özünü müdafiə edib:
E.S.Ş-nin qızı ilə dost olduqlarını deyən A.T, "Zərərçəkmişlə heç bir şəkildə əlaqə saxlamadım. E.S.Ş qızımın yanına oyun oynamağa gəlirdi. Oğlanlarla oynamağa gedəndə mən hətta deyirdim ki, get ananın yanına, o səni idman şalvarı geyindirsin” deyə qeyd edib. 

İttihamı rədd edən kişinin qızı atasının 11 yaşlı E. S. Ş.-nin yanağındanbəzən tutub sevələdiyini deyib.

A.T.-nin “12 yaşına çatmamış zərərçəkmiş şəxsə zor tətbiq etməklə, hədə-qorxu ilə cinsi zorakılıq göstərməsi”nə görə 10 ildən az olmayaraq, 39 ilə qədər, “Zor və hədə-qorxu ilə uşağa qarşı seksual məqsədlə azadlıqdan məhrum etmə” cinayətinə görə onun 14 ilə qədər ümumilikdə 53 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib. İddianamə Ankara 21-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. 

Ayxan

Oxşar Xəbərlər