Almaniyanın “Bild” qəzeti “Supermen” montajı ilə Ərdoğanla bağlı məqaləni manşetə çıxarıb.
32gun.az məlumat verir ki, NATO ölkələrinin Vilnüs sammitindəki çıxışlarından sonra Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Avropada rəğbəti artıb. Prezidentin xüsusilə İsveçin NATO-ya üzvlüyü məsələsində verdiyi qərarlar müsbət qarşılanıb.
Ərdoğanla bağlı paylaşılan xəbərlərdə isə bu ifadələr yer alıb "Ərdoğan demək olar ki supermendir. Onun həll etmədiyi qlobal siyasi böhran demək olar ki, yoxdur. NATO-nun yeni güclü adamı".

Aysel Şirinova