DÜNYA ÖZ XƏBƏR

Bu universitet "TikTok"a görə höküməti məhkəməyə verdi

ABŞ ştatlarından biri olan Texasda bir qrup professorlar və universitet rektoru "TikTok" qadağasına görə höküməti məhkəməyə verib. 

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şikayətçilər arasında Şimali Texas Sistem Universitetinin rektoru Dr.Maykl Uilyamsın və universitetin digər işçilərinin də olduğu bildirilib. Onlar "TikTok" qadağasının akademik tədqiqatlara zərər verdiyini və ABŞ Konstitusiyasının qaydalarını pozduğunu iddia ediblər.

Xatırladaq ki, Texasda dekabr ayından etibarən dövlət müəssisələrində, habelə dövlət universitetlərində "TikTok"un istifadəsinə, mobil cihazlara yüklənməsinə qadağa qoyulub.

Aysel Şirinova

Oxşar Xəbərlər