FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu ailəsi ilə birlikdə tutulub. Əməliyyatda 560 Estoniya kronu sikkə ələ keçirilib.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə mediyası məlumat yayıb.
Milli Kəşfiyyat İdarəsi və İstanbul idarəsi polisləri dini istismar edərək, İslam dini ilə heç bir əlaqəsi olmayan yeni siyasi, iqtisadi və sosial nizam qurmaq məqsədi daşıyan qeyri-qanuni bir təşkilat- FETÖ üzvlərinin evinə basqın edib.
Polisin keçirdiyi əməliyyat zamanı evdən çoxlu təşkilati sənəd, rəqəmsal material, 14 min ABŞ dolları, 560 Estoniya kronu pul və 2 saxta şəxsiyyət vəsiqəsi ələ keçirilib.
Aysel Şirinova