Sosial şəbəkədən tanış olduğu xanımla ailə həyatı qurmaq istəyən 45 yaşlı şəxs 2 ay sonra fırıldağın qurbanı olduğunu öyrənib.
32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Zərərçəkmiş polisə verdiyi ifadəsində sosial şəbəkədən tanış olduğu qadınla görüşərək onunla ailə həyatı qurmaq istədiyini deyib. Nişan mərasimi hazırlıqları 2 ay davam edib. Bu müddət ərazində zərərçəkmiş Akbaş qadının zinət əşyaları və digər xərclərini qarşılayıb. Tanış olduğu 26 yaşlı qadının onunla şəkil çəkdirməkdən qaçması, hər gün müxtəlif bəhanələrlə pul istəməsi və şəxsiyyət vəsiqəsini gizlətməsilə Akbaş artıq aldadılığını öyrənib.
Məhkəməyə müraciətindən sonra qadının ona gizli nömrələrlə zəng edərək təhdid etdiyini deyən zərərçəkmiş 60 min trük lirəsinin geri qaytarılmasını tələb edib.
Aysel Şirinova