DÜNYA ÖZ XƏBƏR

Hindistanda seçkilər zamanı baş verən iğtişaşlarda ölü sayı artıb

Hindistanda seçki zamanı yaranan iğtişaşlarda ölənlərin sayı 48-ə çatıb.

32gun.az xarici KİV-ə istinadən məlumat verir ki, Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatında  yerli hakimiyyət orqanlarına keçirilən seçkilər zamanı müxtəlif siyasi partiyaların tərəfdarları arasındakı toqquşmalar hələ də davam edir.

Regiondakı hakim “Trinamul Konqres” partiyasının fəalları ilə müxalif Kommunist (Marksist), İnqilabçı Sosialist partiyaların və digər siyasi qüvvələrin tərəfdarları arasında meydana gələn şiddətli qarşıdurmada tərəflər bir-birini ittiham edib.

Hindistan Milli Konqresi partiyasından Adhir Ranjan Çovdhuri isə seçkilərin bilərəkdən erkən başladığını və saxta səslərdən istifadə edildiyini iddia edib.

Aysel Şirinova

 

 

Oxşar Xəbərlər