DÜNYA ÖZ XƏBƏR

DƏHŞƏT! Yanlış diaqnoz uşağın əlil olmasına səbəb oldu

7 yaşlı uşağa qoyulan yanlış diaqnoz onun həyatını kabusa çevirib.

32gun.az xəbər verir ki, hadisə Türkiyədə olub.

Ayaq ağrıları səbəbilə xəstəxanaya gətirilən uşağa həkimlər Osteosarkoma (Sümük Xərçəngi) diaqnozu qoyublar. Bu diaqnozla 4 ay müalicəsi davam etdirilən uşağa bu müddət ərzində 9 seans kimyaterapiya tətbiq edilib. Əməliyyat günü ailə həkiminin uşağın valideynlərinə verdiyi xəbər onları dəhşətə gətirib.

Belə ki, uşağa yanlış diaqoz qoyulduğu və xərçəng olmadığı məlum olub. Aldığı yanlış müalicələr səbəbilə uşağın ömürlük 52% əmək qabiliyyətini itirəcəyi və bir ayağının amputasiya ediləcəyi deyilib.

Hadisədən sonra valideynlər təqsirləndirilən 6 həkimi və xəstəxananı məhkəməyə verib. Prokurorluq isə “müalicəni aparan xəstəxana bunu etməlidir” deyərək istintaqı yarımçıq qoyub.

Faktla bağlı araşdırmalar aparılır.

Aysel Şirinova

 

Oxşar Xəbərlər