HADİSƏ ÖZ XƏBƏR

Dünənki DƏHŞƏTLİ QƏZANIN YENİ GÖRÜNTÜSÜ

Xəbər verdiyimiz kimi dünən Sabirabadda "Volvo" markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb. Nəticədə sürücü, Sabirabad rayonunun Xəlfəli kənd sakini, 1966-cı il təvəllüdlü Abışov Saleh Nadir oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
32gun.az Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınan qəza ilə bağlı dəhşətli görüntülər əldə edib.

TIR kanaldan çıxarılarkən  ətrafdakılar tərəfindən çəkilmiş görüntüdə yük maşının tamamıilə yarasız hala düşdüyü aydın görünür. 
Sürücünün bu cür qəzadan sağ qalması isə əsl möcüzədir.

Xəstəxanadan Əldə etdiyimiz digər məlunata görə, müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilən sürücünün vəziyyəti qənaətbəxşdir.

Həmin görüntüləri təqdim edirik:

Ayxan

Oxşar Xəbərlər