Naxçıvanın Sərur rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
32gun.az xəbər verir ki, Hyundai və Mercedes markalı avtomobillər toqquşub.
Qəza nəticəsində ciddi xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Hadisə yerindən əldə etdiyimiz görüntülərdən aydın olur ki, avtomobillərin ön hissəsində ciddi deformasiya baş verib.
Faktla bağlı araşdırma aparılır.
Ayaz