Həftəsonunu dəyərləndirmək istəyən Bursansanın İnegöl rayonundan İznik Göllüce mahalına gələn 73 yaşlı Mustafa Hüseynoğlu üzmək üçün gölə girib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, qoca 4 saata yaxın göldə qalıb. Ondan xəbər ala bilməyən yaxınları qocanın boğulduğunu və ya itdiyini zənn edərək təhlükəsizlik qüvvələrinə müraciət ediblər.
Hadisə yerinə çoxlu sayda polis və axtarış-xilasetmə qrupları sövq edilib. Lakin axtarış qrupları onu axtararkən Hüseynoğlu ərazinin fərqli hissəsindən üzərək çıxıb.
Hüseynoğlu, "Suda bir az çətinlik çəkdim. Amma üzmək mənə həzz verir. Sonra bir az irəlidən çıxdım" deyib.
Ayxan

