DÜNYA ÖZ XƏBƏR

İranın bəzi şəhərlərində məktəblər bağlandı

İranın Bojnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının və məktəblərin fəaliyyəti dayandırılıb.

32gun.az xəbər verir ki, bu barədə Şimali Xorasan Böhran Rəhbərliyi Müdiri Qulam Rıza Şefik məlumat verib. Şefik, "300 mikroqram/kubmetri keçən hava çirkliliyi səbəbiylə bu gün saat 10:00-dan sonra Bojnurdda dövlət qurumlarının fəaliyyəti dayandırıldı",- deyə bildirib.

Məşhəd şəhərində də havanın çirklənməsinin artması ilə əlaqədar dövlət qurumları və məktəblər bağlanıb.

 Xorasan Ətraf Mühitin Mühafizəsi üzrə Menecer Mehdi Divinepur bildirib ki, toz fırtınası səbəbindən Məşhəddə hava çirkliliyi 236 mikroqram/kubmetr səviyyəsinə qədər çatıb.

Mütəxəssislər əhalini, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini zərurət olmadıqca evdən çölə çıxmamağa çağırıblar.

Aysel Şirinova

Oxşar Xəbərlər