DÜNYA ÖZ XƏBƏR

Avropa Birliyi Yunanıstana 4 təyyarə göndərəcək

Avropa İttifaqı (Aİ) paytaxt Afina yaxınlığındakı Dervenoqoriya və Lutraki bölgələrində meşə yanğınlarının davam etdiyi Yunanıstana 4 yanğınsöndürmə təyyarəsi göndərməyə qərar verib.

32gun.az xəbər verir ki, bu barədə Yunansıtan mediası məlumat yayıb. Təyyarələrin Mülki Müdafiə Mexanizmi çərçivəsində Fransa və İtaliyadan göndərilməsi bildirilib.

Yanğınsöndürmə təyyarələrinin bu gün Yunanıstana çatacağı gözlənilir.

Qeyd edək ki, İqlim Böhranı və Mülki Müdafiə Naziri Vasilis Kikilyas dünən 81 ərazidə meşə yanğınlarının baş verdiyini açıqlayıb.

Kikilyas yanğınlarla əlaqədar 2 nəfərin tutulduğunu da deyib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər