DÜNYA ÖZ XƏBƏR

ABŞ vətəndaşı Koreyada tutuldu

Birləşmiş Millətlər Təşkilatının Komandanlığı ABŞ vətəndaşının Şimali Koreyaya daxil olduğu və saxlanıldığı barədə məlumat yayıb.

32gun.az xəbər verir ki, ABŞ vətəndaşı Koreya Xalq Demokratik Respublikasına (KDHC) icazəsiz keçərək Demilitarizasiya bölgəsinə daxil olub.

Onun hazırda Şimali Koreyada həbsdə olduğu güman edilir. ABŞ Komandanlığından verilən açıqlamada  "ABŞ vətəndaşı icazəsiz Hərbisizləşdirilmiş Bölgəyə keçid edərək Koreya Xalq Demokratik Respublikasına (KDHC) daxil olub. Bununla bağlı KDHC ilə əlaqədəyik" - deyə bildirilib.

Aysel Şirinova

Oxşar Xəbərlər