Krımda yerləşən hərbi bazadakı sursat anbarının Ukraynanın gecə hücumundan sonra yandığı bildirilib.
Bu barədə Rusiya təhlükəsizlik xidmətləri və Ukrayna mediası ilə əlaqəli Telegram hesabları məlumat yayıb.
***
Krım yarımadasının Kirovske rayonunda hərbi poliqonda yanğın baş verib.
32gun.az məlumat verir ki, bu barədə Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın qubernatoru Sergey Aksenov açıqlama verib. Açıqlamada yanğınla əlaqədar 2000 nəfərin təxliyə ediləcəyi deyilib.
Aksenovun sözlərinə görə yanğın səbəbindən yaxınlıqdakı Tavrida şossesi bağlanıb.
Qeyd edək ki, bundan əvvəl RBC-Ukrayna xəbər agentliyi hərbi poliqonlarda partlayışlar barədə məlumat vermişdi.
Aysel Şirinova