DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə işəgötürmə zamanı süni intellekdən istifadə edilir

Belçikada şirkətlərin üçdə biri işə qəbul zamanı süni intellektdən istifadə edir.

32gun.az xəbər verir ki, İnsan resursları şirkəti Manpower tərəfindən aparılan araşdırmaya görə, Belçikanın 100 şirkətindən təxminən 30-u yeni kadrları işə götürmək üçün süni intellektdən istifadə edib. Araşdırmalara əsasən bu nisbətin tezliklə yüzdə 50-yə çatacağı deyilib.

 Belçikada görüşən 510 işəgötürənin yüzdə 10-u uzun müddətdir süni intellektdən istifadə etdiklərini, yüzdə 21-i isə bu təcrübəyə yeni başladıqlarını bildirib.

Şirkətlərin 18%-i 12 ay ərzində süni intellekt tətbiqlərinə keçəcəklərini deyib. Onlar rezyumelərin yoxlanılmasından ilkin müsahibələrə qədər işə qəbul mərhələlərində süni intellekt robotlarından istifadə etdiklərini qeyd ediblər.

Qeyd edək ki, respondentlərin yüzdə 15-i bu texnologiyanın yaxın 2 ildə kadr sayını azaldacağını desə də, yüzdə 49-u süni intellektin yeni iş yerləri yaradacağını iddia edib.

Aysel Şirinova

Oxşar Xəbərlər