Hindistanda transformatorun partlaması nəticəsində 15 nəfər ölüb.
32gun.az xəbər verir ki, hadisə Hindistanın Uttarakhand əyalətində baş verib. Hadisə nəticəsində ölənlərdən 6-sının polis olduğu məlum olub.
Partlayışın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Xatırladaq ki, aprel ayında Hindistanda keçirilən festival zamanı da yük maşınının elektrik xəttinə toxunması nəticəsində 11 nəfər həyatını itirmişdi.
Aysel Şirinova