SOSIAL ÖZ XƏBƏR

 "Agroline.Az” MMC qayda pozub - Məhkəməlik oldu

 "Agroline.Az” MMC məhkəməlik olub. 

32gun.az-a daxil olan məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (Iqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb. 

Hazırlanmış protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. Məhkmə işi hakim Solmaz Mustafayevanın icraatına verilib. 

Nizamnamə kapitalı 1000 AZN olan MMC-nin qanuni təmsilçisi QƏDİR MƏMMƏDOV ŞİRSOLTAN OĞLUdur. 

Qeyd edək ki, “Agroline AZ” MMC şirkəti ölkənin kənd təsərrüfatında fermerlərə gübrə, bitki mühafizə vasitələri və toxum təchizatı ilə bağlı xidmət göstərir.

Ayxan

Oxşar Xəbərlər