Tekirdağ bölgəsində bir kişi avtobusda sevgilisini narahat etdiyi iddia edilən şəxs bıçaqla hədələyib. Bu zaman digər sərnişinlər böyük qorxu yaşayıblar.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Bir nəfər avtobusa minən gənc qızın yanına əyləşib. Bu vaxt həmin şəxsin davranışından narahat olan gənc qız vəziyyəti sevgilisi S.Ç-yə telefonla bildirib.
S.Ç qarşıdakı dayancaqda avtobusu saxlayaraq sevgilisinin yanında əyləşən G.K-nı bıçaqla hədələyib. Bu zaman S.Ç avtobusda olan onlarla insanı və uşağı qorxulu anlar yaşadıb. O daha sonra sevgilisi ilə birlikdə maşından düşüb.
Həmin anlar sərnişinlərdən biri tərəfindən telefonun kamerası ilə lentə alınıb.
Həmçinin görüntülərdə ictimai avtobusda kameraların işləmədiyi iddia edilib.
Bu zaman nəqliyyat vasitəsində olan uşaqların qışqırtıları və vətəndaşların köməksizliyi digər vətəndaşın mobil telefonunun kamerasına əks olunub.
Mikroavtobusdakı görüntüləri ihbar olaraq qəbul edən Çerkezköy İlçe Təhlükəsizlik Müdirliyi Asayiş Büro Komandirliyi qrupları, S.Ç-ni saxlayıb. O ifadəsi alındıqdan sonra məhkəməyə sövq edilib və hadisə ilə bağlı araşdırma başlayıb.
Ayxan
Minib